"Milan" portuqaliyalını satacaq

19:35 - 22 Mart 2023

İtaliyanın "Milan" klubu aparıcı futbolçularından olan Rafael Leaonu satacaq.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 23 yaşlı vingerlə yeni müqavilə ilə bağlı razılıq əldə edə bilmir. Klub portuqaliyalı futbolçuya 6 milyon avro maaş təklif edir. Leao isə 7,5 milyon avro maaş və imza pulu istəyir.

"Milan" 2024-cü ilin yayında azad agent statusunda olacaq yarımmüdafiəçini pulsuz buraxmaq istəmir. "Rossoneri"lər mövsümün sonunda Portuqaliya millisinin üzvü üçün gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. Futbolçu komandanın heyətində meydana çıxdığı 150 matçda 36 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti