"Borussiya"dan Nuri Şahinə təklif

18:36 - 23 Mart 2023

Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Nuri Şahin Almaniyada işləyə bilər.

Sportal.az xəbər verir ki, 34 yaşlı mütəxəssisin xidmətində "Borussiya" maraqlıdır. Dortmund təmsilçisi türk məşqçiyə akademiyanın koordinatoru vəzifəsini təklif edib. O, təklifi qəbul etsə, Bundesliqa klubunun baş məşqçisi Edin Terziçlə birlikdə çalışacaq.

Qeyd edək ki, Nuri Şahin futbolçu karyerasını bitirdikdən sonra "Antalyaspor"da məşqçiliyə başlayıb. Türkiyə millisinin sabiq üzvü baş məşqçi kimi komandanı 63 matça çıxarıb.

Xəbər xətti