"Böyük Dəbilqə": Cüdoçumuz finala yüksəldi

16:05 - 24 Mart 2023

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov yarımfinalda qazaxıstanlı Kanat Seilxana qalib gələrək finala çıxıb.

Sportal.az xəbər verir ki, Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşvili ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Qadınlar arasında mübarizədə -52 kq. çəkidə yarışan cüdoçu Gültac Məmmədəliyeva bürünc medal uğrunda tatamiyə çıxacaq.

Final görüşləri saat 17:00-da başlayacaq.

Xəbər xətti