"Barselona"nın futbolçusu "El Klasiko"da oynamayacaq

19:12 - 24 Mart 2023

Zədə səbəbindən Niderland milli komandasının düşərgəsinə getməyən "Barselona"nın futbolçusu Frenki de Yonqun durumu bəlli olub.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin dizində zədə aşkarlanıb. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məluamt yayıb. Niderlandlı futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Frenki de Yonq İspaniya Kral Kubokunun "Real"la cavab oyununu buraxacaq. "El Klasiko" 5 aprel tarixində keçiriləcək.

Xəbər xətti