Öncə Andersson, sonra De Byazi

11:21 - 25 Mart 2023

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 27-də, Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, öncə İsveç millisinin baş məşqçisi Yanne Andersson mətbuat qarşısına çıxacaq. Daha sonra isə millimizin çalışdırıcısı Canni De Byazi jurnalistlərin suallarını cavablandıracaq. 

26 mart

İsveç milli komandası

13:00. Mətbuat konfransı

11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Xəbər xətti