"Arsenal"ın Premyer Liqanı qazanacağını düşünürəm"

12:49 - 27 Mart 2023

"Arsenal"ın veteran forvardı Robin van Persi "topçular"ın titul qazanacağına inandığını bildirib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı London təmsilçisinin uzun müddətdir çempion ola bilməməsindən də danışıb:

"Mövsümün bu hissəsində hər xal önəmlidir. "Arsenal" üç xal qazandığı bir sıra çətin matçlar keçirib. Çempionlar belə oynayır. Ancaq mövsümün sonu həmişə ən çətin olur. Baxmaq maraqlı olacaq, amma şəxsən mən "Arsenal"ın hələ də Premyer Liqanı qazanacağını düşünürəm. Bu, uzun müddətdir ki, baş vermir. Ona görə də buna nail olsalar, sevinərəm".

Hazırda "Arsenal" 69 xalla Premyer Liqada turnir cədvəlinin birinci pilləsindədir. "Mançester Siti" 61 xalla ikincidir. 

Xəbər xətti