"Neftçi"dən 5 cavabsız qol - VİDEO

20:17 - 30 Mart 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Neftçi-2" səfərdə "İmişli"nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 43-ə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ağ-qaralar" lider "Araz Naxçıvan"dan 10 xal geri qalır. "İmişli" isə 19 xalla 13-cü yerdədir.

"İmişli" - "Neftçi-2" - 0:5
Qollar: 
Elşad Tağıyev, 12, 21, 42, Seymur Əliyev, 60, 65
Qırmızı vərəqə: Elnur Məmmədov, 25

Xəbər xətti