"Mançester Yunayted"in borcu açıqlandı

12:16 - 31 Mart 2023

İngiltərənin "Mançester Yunayted" klubunun borcu açıqlanıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin 535 milyon funt-sterlinq borcu var. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. Klubun borcu ötən il 477 milyon funt-sterlinq idi. Mançester təmsilçisi 2022-ci ili 6,3 milon funt-sterlinqlik gəlirlə başa vurub.

Qeyd edək ki, "Mançester Yunayted" mövsümün əvvəlində "Ayaks"dan Antonini 95 milyon, Lisandro Martinesi 57 milyon, "Real"dan Kazemironu 70 milyon, "Feyenoord"dan Tayrell Malasianı isə 15 milyon avroya transfer edib.

Xəbər xətti