"Bavariya"nı lider edən matçda 6 qol vuruldu - VİDEO

10:27 - 2 Aprel 2023

Almaniya Bundesliqasında 26-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Bavariya" doğma meydanda Dortmund "Borussiya"sını qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 55-ə çatdıran "Bavariya" turnir cədvəlinin zirvəsinə yüksəlib. 2 xal geri qalan "Borussiya" isə 2-ci yerdədir.

"Bavariya" - "Borussiya"  4:2

Qollar: Q.Kobel, 13 (avtoqol), T.Müller, 18, 23, K.Koman, 50 - E.Can, 72 (pen.), D.Malen, 90

Xəbər xətti