“Rubin”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kazan klubuna Rəşid Rəhimov təyin edilib.
58 yaşlı mütəxəssis mövsümün sonuna qədər adıçəkilən klubuna rəhbərlik edəcək.
Rəhimov “Admira Vakker”, “Amkar”, “Lokomotiv”(Moskva), “Axmat” və “Ufa” klublarına rəhbərlik edib.
Rusiya mətbuatı “Sabah”ın baş məşqçisi Murad Musayevin “Rubin”ə baş məşqçi təyin oluna biləcəyini iddia edirdi.
saytlarin hazirlanmasi