Rusiya millisinin sabiq üzvü Denis Çerışev "Venetsiya"dan ayrılmayacaq.
Sportal.az "sport24.ru"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi B seriyasında çıxış edən komandasını dəyişmək haqda düşünmür.
Futbolçu zədəli olsa da, İtaliya təmsilçisi onun müqaviləsinə xitam verməyəcək.
Rusiya Premyer Liqasının klublarından birinə keçəcəyi xəbərləri yayılsa da, Denis Avropada qalacaq. 32 yaşlı futbolçu “Real”(Madrid), “Sevilya”, “Vilyarreal”, “Valensiya” klublarında oynadıqdan sonra 2022-ci ildə “Venetsiya” ilə anlaşmışdı.
Onun "Sabah"a keçəcəyi ilə bağlı iddialara ortaya çıxmışdı.
saytlarin hazirlanmasi