"Sabah"ının müdafiəçisi Abdulaye Ba Misli Premyer Liqasının 32-ci turunun "Şamaxı" ilə görüşündə meydana çıxa bilər.
Sportal.az xəbər verir ki, zədə səbəbindən "Turan Tovuz"la (2:0) matçı buraxmalı olan seneqallının durumunun yaxşıya doğru getdiyi bildirilir. Amma istənilən halda, Banın oynayıb-oynamayacağı dəqiqləşməyib.
Premyer Liqanın 29-cu turunun "Səbail"lə matçında (1:2) zədələnən ukraynalı müdafiəçi Zurab Oçiqavanın meydana çıxıb-çıxmayacağı da bəlli deyil.
"Sabah" - "Şamaxı" matçı aprelin 29-da "Bank Respublika Arena" stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.