Murad Musayev: "Qarabağ" səviyyə baxımından aşağı-yuxarı "Zenit"lə müqayisə ediləcək komandadır"

15:45 - 26 Aprel 2023

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, o, "Московский комсомолец" qəzetinə açıqlamasında Azərbaycan Premyer Liqası barədə məlumat verib.

Bununla yanaşı, gənc məşqçi "Qarabağ"ı xüsusi fərqləndirib:

"Azərbaycan çempionatı çox çətin turnirdir. On komanda iştirak edir, çempionat dörd dövrədən ibarətdir. Avqustda başlayır, mayda bitir. Əcnəbi oyunçularla bağlı limit var, heyətdə dörd yerli futbolçu mütləq olmalıdır. Dörd dəfə eyni komanda ilə çempionatda oynayanda, hətta kubokda da qarşılaşanda hamı bir-birini çox yaxşı tanıyır. Rəqiblərin güclü və zəif tərəfləri bilinir. Bütün komandaları nəzərə alsaq, "Qarabağ" digərlərindən fərqlənir. Bu komanda səviyyə baxımından aşağı-yuxarı “Zenit”lə müqayisə ediləcək komandadır. Yalnız hücum futbolu oynayırlar, topa nəzarət edirlər. Müasir futbola üstünlük verirlər. Ardıcıl səkkiz ildir onlar avrokuboklarda qrup mərhələsində oynayır. Son iki ildə əla nəticələr göstəriblər, qrupdan da çıxmağı bacarıblar. Ölkənin digər top klubu isə “Neftçi”dir. Böyük ənənələrlə və yaxşı imkana sahibdirlər. “Sabah” səviyyəsində olan daha bir neçə komanda da var. Onlardan “Qəbələ” və “Zirə”nin adını qeyd etmək olar".

Musayev Ağdam klubunun çempion olacağına inandığını deyib: "Bu mövsüm "Qarabağ"ın yenidən çempion olacağı ehtimalı var. “Neftçi” ilə ikinci və ya üçüncü yer üçün oynayırıq. Eyni zamanda, istənilən halda “Sabah” növbəti mövsümdən avrokuboklarda çıxış edəcək. Bu, Azərbaycanın yüksək futbol liqasının geniş vuruşlarla bağlı hekayəsidir".

Mirbağırağa

Xəbər xətti