Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev ölkənin ən yaxşı mütəxəssisləri haqda danışıb.
Sportal.az "Труд"a istinadən xəbər verir ki, o, "Sabah"ın baş məşqçisi Murad Musayevi xüsusi qeyd edib:
"Bizim Murad Musayev də Azərbaycanda uğurlu işləyir. O, çempionatın sonuncu pilləsində yer alan komandanı ikinci pilləyə qədər yüksəldib. Müqayisə zamanı hər şey məlumdur".
82 yaşlı mütəxəssis "Dinamo"(Kiyev), "Lokomotiv"(Moskva), "Torpedo"(Moskva), "Əl-İttihad" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi