"Sabah" – "Beşiktaş" matçının başlama vaxtı açıqlandı

18:56 - 3 May 2023

Hər kəsin səbirsizliklə gözlədiyi “Sabah” – “Beşiktaş” matçının tarixi bəlli olub.

Sportal.az xəbər verir ki, Türkiyə nəhəngi ilə qardaşlıq matçı mayın 13-də saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Xəbər xətti