Argentinada oynayan forvard: "Sabah" yüksək yerlərdə olmağa layiq komandadır"

15:38 - 4 May 2023

"Sabah"ın keçmiş hücumçusu forvardı Xulio Rodriqes Sportal.az saytına açıqlama verib.

Hazırda Argentinanın "Gilyerme Broun" klubunun formasını geyinən təcrübəli hücumçu Masazır təmsilçisinin avrokuboklara vəsiqə qazanmasını şərh edib.

Rodriqes "Sabah"ın avrokuboklarda uğurlu çıxış edə biləcəyinə inandığını dilə gətirib:

"Sabah"ın uğurlu nəticələrinə çox sevinirəm. Onlar artıq avrokuboklara da vəsiqəni təmin etdilər. Bu da çox sevindirici məqamdir. "Sabah" yüksək yerlərdə olmağa layiq komandadır. Yayda ilk dəfə avrokuboklarda mübarizə aparacaqlar. İnanıram ki, onlar uğurlu nəticə qazanacaqlar”.

32 yaşlı forvard Azərbaycanda "Sabah"dan savayı "Zirə"də də oynayıb. 

Xəbər xətti