"Sabah" - "Beşiktaş" matçı bu kanallarda

11:17 - 6 May 2023

"Sabah"ın Türkiyənin "Beşiktaş" klubu ilə keçirəcəyi yoldaşlıq oyununu yayımlayacaq telekanallar müəyyənləşib.

Sportal.az xəbər verir ki, xeyriyyə matçını Azərbaycanda "İdman TV" və "İctimai TV" canlı olaraq tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması mayın 13-ü, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Xəbər xətti