"Sabah"ın qapıçısı Nicat Mehbalıyevin xidmətində maraqlı olan klublar var.
Sportal.az saytına verilən məlumata görə, Masazır klubunun əsas qolkiperinə çevrilə bilməyən Mehbalıyevin mövsümün sonunda icarəyə göndəriləcəyi gözlənilir.
Onun xidmətində “Sumqayıt” və “Qəbələ” klubları maraqlıdır.
22 yaşlı qapıçı ötən mövsümü “Qəbələ”də icarə əsasında keçirmişdi. “Bakı”nın yetirməsi olan Nicat “Qarabağ”, “Sumqayıt” klublarının da qapısını qoruyub.
saytlarin hazirlanmasi