"Sabah"ın bir futbolçusu "Beşiktaş"la keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.
Masazır təmsilçisinin mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, müdafiəçi Zurab Oçiqava bu görüşdə komandasına kömək edə bilməyəcək. Ukraynalı arxa xətt oyunçusu zədəlidir. Digər futbolçular isə oynamağa hazırdır.
Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.
saytlarin hazirlanmasi