"Sabah" bu gün Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, matçdan əvvəl hər iki klubun rəhbərləri arasında görüş baş tutub. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər.
"Beşiktaş"ın vitse-prezidenti Engin Baltacı "Sabah"ın prezidenti Maqsud Adıgözəlova "qara qartallar"ın formasını hədiyyə edib.
Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.