"Qəbələ"nin legioneri zədələndi

18:25 - 13 May 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda "Turan Tovuz"u qəbul edir.

Sportal.az xəbər verir ki, "qırmızı qaralar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Ev sahiblərinin israilli yarımmüdafiəçisi Feras Abu Akal 20-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Onun əvəzinə Asif Məmmədov oyuna daxil olub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan "Qəbələ" - "Turan Tovuz" matçında hesab açılmayıb.

Xəbər xətti