"Kaşuk gedərsə, mənə də, komandaya da çox pis təsir edəcək"

17:39 - 16 May 2023

"Sabah"ın aparıcı futbolçusu Aleksey Kaşukun mövsümün sonunda komandadan ayrıla biləcəyi iddiaları az deyil. Masazır təmsilçisi müqavilə ilə “Şaxtyor”a məxsus olan ukraynalının transfer hüququna yiyələnmək üçün Donetskə təklif də göndərib.

Kaşukun hazırkı durumu barədə, ayrılığının "Sabah"a necə təsir edə biləcəyi haqda, komandanın digər aparıcı üzvü Coy-Lens Mikels danışıb. Sportal.az saytına açıqlama verən almaniyalı futbolçu ukraynalı barədə bunları deyib:

"Kaşukun ayrılığına çox üzülərik. Onun gedişi komandaya çox təsir edərdi. Çünki bu futbolçu öz cinahında oyunun taleyini həll edə bilir. Doğrudur, ikimizin də komandamızın qollarına təsirimiz var. Lakin Kaşuk gedərsə, mənə də, komandaya da çox pis təsir edəcək ”.

Mirbağırağa


Xəbər xətti