"Sabah"ın kapitanı Elvin Camalov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi instaqram "Azərsun Arena"dakı mükafatlandırma mərasimindən sonra övladı ilə fotosunu paylaşaraq bunları yazıb:
"İkinci yerə görə “Sabah” ailəsini təbrik edirəm. Mövsümboyu bizə dəstəyini əsirgəməyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Uğur daim bizimlə olsun”.
Xatırladaq ki, 2022/2023 mövsümünün "Qarabağ" qızıl, "Sabah" gümüş, "Neftçi" isə bürünc medallarla başa vurub.
saytlarin hazirlanmasi