Bu gün Binə stadionunda keçirilmiş “Sabah” - “Neftçi” qarşılaşması ilə AFFA U-13 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
Sportal.az xəbər verir ki, finalda rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” komandası AFFA U-13 Liqasının qalibi olub. Üçüncü yer uğrunda oyunda isə EFA “Vətən” RİOEUGFM üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok verilib.
Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, AFFA Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.
“Neftçi” komandasının üzvü Cavidan Babayev AFFA U-13 Liqasında mövsümün “fair-play” mükafatına layiq görülüb. Təltifetmə mərasimində 2022/2023-cü illər mövsümündə AFFA U-8 və AFFA U-9 liqalarında “fair-play” mükafatına layiq görülən “Sporting Baku” klubunun oyunçusu Emil Bilalovla “Lamasiya Baku” komandasının üzvü Oqtay Əhədliyə hədiyyələr təqdim edilib.
saytlarin hazirlanmasi