"Sabah" - "Beşiktaş" matçından əldə olunmuş gəlir açıqlandı

15:30 - 9 İyun 2023

13.05.2023-cü il tarixində keçirilmiş “Sabah” – “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 AZN təşkil etmişdir. Oyundan əldə edilmiş bütün gəlir ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcəkdir.

Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcəkdir.

Xəbər xətti