Murad Musayev: "Bakıda sürücülük mədəniyyəti yoxdur"

13:40 - 12 İyun 2023

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatı geniş müsahibə verib.

Sportal.az xəbər verir ki, "sport24.ru" saytına danışan 39 yaşlı mütəxəssis Bakıdakı həyatı haqda məlumat verib. O, Azərbaycanda sürücülük mədəniyyəti olmadığını bildirib:

"Əlbəttə, Krasnodarda sənin öz zolağın var, onunla sakitcə hərəkət edirsən. Bakıda dörd zolaqdan altı, üç zolaqdan beşini düzəldirlər, hamı zolaqlar arasında maşın sürür. Dönmə siqnalı olmadan dönürlər, sürücülük mədəniyyəti yoxdur. Buna öyrəşməyim uzun sürdü. Mən artıq yerli mentaliteti, adət-ənənəni, mədəniyyəti yaxşı başa düşürəm. Yalnız iki şeyi başa düşmürəm: sürücülük tərzi və hakimlik".

Xəbər xətti