Başa çatan mövsümdə “Sabah”la Premyer Liqada gümüş medalları qazanan Murad Musayev Rusiyaya qayıtmaq imkanına sahib olub.
Sportal.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis özü məlumat verib. Ölkəsinin mətbuatına danışan Musayev "Rubin"dən ona təklif gəldiyini etiraf edib:
"Sabah"la müqavilə imzalayandan sonra mənə Rusiyadakı komandadan təklif gəldi. Bəli, "Rubin"i deyirəm. Leonid Slutski baş məşqçi postundan getdikdən sonra, yanvarda mənə zəng etmişdilər".
"Rubin" başa çatan mövsüm birinci divizionda çempion olaraq yeni sezonda Rusiya Premyer Liqasında oynamaq hüququ qazanıb.
saytlarin hazirlanmasi