"Sabah"ın yay hazırlıq planı bəlli olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi növbəti mövsümün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə "Sabah" Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə Murad Musayevin rəhbərlik etdiyi kollektiv hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.
saytlarin hazirlanmasi