Türkiyənin Rizə şəhərində baş tutacaq “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirində iştirak edəcək “Sabah”ın U-12 komandası bu gün qardaş ölkəyə yola düşüb.
Sportal.az xəbər verir ki, bu il 5-ci dəfə təşkil ediləcək turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan və Moldovanı təmsil edən komandalar iştirak edəcəklər.
Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda 17-20 iyun tarixlərində baş tutacaq yarışda Türkiyənin “Trabzonspor”, “Altınordu”, “Giresunspor”, “Eskişehirspor” və Gürcüstanın “Qldani” klubları ilə birlikdə B qrupunda yer alıb.
saytlarin hazirlanmasi