Adı "Sabah"la hallanan rusiyalı: "Krasnodar"a qayıtmayacam"

14:14 - 17 İyun 2023

"Krasnodar"ın hücumameyilli yarımmüdafiəçisi Maqomed-Şapi Süleymanov Rusiyaya qayıtmayacaq. 

Sportal.az xəbər verir ki, icarə əsasında İsrailin "Hapoel Beer Şava" klubunda oynamış rusiyalı "Матч ТВ"yə açıqlamasında yeni sezona başqa komandada oynayacağına işarə vurub:

"Krasnodar"la iki illik müqaviləm var. Bir müddət əvvəl baş direktora zəng edib vəziyyəti müzakirə etdik. Konkret bir şey deyə bilmərəm. Amma dəqiq olan budur ki, "Krasnodar"a qayıtmayacam. Çətin ki, orada qalım".

"Krasnodar" yetirməsi olan 23 yaşlı futbolçu son mövsümü "Giresunspor" və "Hapoel Beer Şeva"da icarə əsasında keçirib. Mövsümün gedişində onun “Sabah”a keçəcəyi iddia edilirdi.

Xəbər xətti