Ölkə çempionatını gümüş medalla başa vuran “Sabah” növbəti mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi ilk dəfə çıxış edəcəyi avrokuboklarda ev oyunlarının bilet satışından əldə ediləcək gəlirin bir hissəsi 2020-ci ildə rəşadətli Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın bərpası üçün ayrılacaq.
Belə ki, satılacaq hər biletdən 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
saytlarin hazirlanmasi