"Sabah"dan yeni transfer - RƏSMİ

12:50 - 21 İyun 2023

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Rəhman Daşdəmirov bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq. “Şamaxı”dan transfer edilən gənc futbolçuyla 2 illik müqavilə bağlanıb.

Son mövsümü “Şamaxı”da keçirən Rəhman, karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Xəbər xətti