"Sabah" Azərbaycan çempionu oldu

19:59 - 21 İyun 2023

U-16 Liqasında XXX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-16 komandası səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyunda 4:1 hesabıyla qalib gələn İlqar Mənsimovun yetirmələri vaxtından öncə çempionluğu təmin edib. "Sabah"ın qollarına Emin Feyzullayev, Babamirzə Mehdiyev, Əhməd Tarverdiyev və Ramin Əvəzov imza atıblar.

Qeyd edək ki, bu mövsümdə "Sabah"ın U-16-dan başqa U-13 və U-17 komandaları çempion, U-14 komandası isə ikinci olub.

Xəbər xətti