21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına start verilib.
Sportal.az xəbər verir ki, "Sabah"ın futbolçusu Aleksey Kaşukun formasını geyindiyi Ukrayna millisi Xorvatiya seçməsi ilə qarşılaşıb. Matç ukraynalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub. 23 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. "Sabah"ın üzvü komandasının ilk qolunu vurub, ikinci qolun isə ötürməsini verib.
saytlarin hazirlanmasi