Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah" heyətinə yeni legioner cəlb etməyi planlaşdırır.
Sportal.az "Grada3.COM" portalına istinadən xəbər verir ki, Masazır təmsilçisi yaxın vaxtlarda İspaniyanın “Ponferradina” klubunun müdafiəçisi Sofyan Şakla müqavilə imzalayacaq.
29 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Sabah"dan savayı, İspaniyanın "Rasinq" və "Mirandes" klubları da maraqlıdır.
Lakin Mərakeş yığmasının futbolçusu “Sabah” variantına üstünlük vermək qərarına gəlib. Qeyd edək ki, Şakla bundan əvvəl İspaniyada "Vilyarreal", "Xetafe", Belçikanın "Löven” və Macarıstanın “MOL Vidi Fehervar” klublarında da çıxış edib.
saytlarin hazirlanmasi