"Şaxtyor" və Ukraynanın U-21 yığmasının üzvü Aleksey Kaşuk karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır.
Sportal.az “Fotospor”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində “Trabzonspor” maraqlıdır.
Qaradəniz təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Kaşuku sərəncamında görmək istəyir. Xorvatiyalı mütəxəssis başa çatan mövsümə qədər “Sabah”da oynamış futbolçunu canlı izləmək üçün dünən Rumıniyaya yollanıb.
O, Ukraynanın U-21 yığma komandaların Avropa çempionatı çərçivəsində ilk turda Xorvatiyaya qarşı keçirdiyi görüşü tribunadan izləyib. "Trabzonspor"un Kaşuk üçün "Şaxtyor"la danışıqlara başladığı iddia edilir.
saytlarin hazirlanmasi