"Sabah"ın müdafiəçisi Abdulla Rzayevin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.
Sportal.az saytına verilən məlumata görə, başa çatan mövsümü "Kəpəz"də keçirmiş gənc futbolçu Premyer Liqadakı bir neçə komandanın maraq dairəsinə düşüb.
Belə ki, o, "Qəbələ" və "Araz Naxçıvan" klublarının transfer siyahısındadır. Hər iki klub ən azından onu icarəyə götürmək niyyətindədir. Yaxın günlərdə Rzayevin yeni mövsümə hansı komandada başlayacağı dəqiqləşəcək. Xatırladaq ki, Rzayev 2022/2023 mövsümünə "Şamaxı"da başlasa da, qışda "Kəpəz"ə keçmişdi.
saytlarin hazirlanmasi