"Sabah"a keçəcəyi gözlənilən Sofyan Çakla son olaraq formasını geyindiyi “Ponferradina”dan ayrılıb.
Sportal.az xəbər verir ki, mərakeşli müdafiəçi instaqram səhifəsində İspaniya klubunun azarkeşləri ilə vidalaşıb. O, sosial şəbəkə hesabında bunları yazıb:
"Bu gün vidalaşmağın vaxtı çatdı. Çox kədərli andır. Amma sizə deyim ki, "Ponferradina"nın bir hissəsi olduğum üçün çox qürur duyuram. İlk andan özümü bu ailənin bir üzvü kimi hiss etdim. Həqiqətən gələndə klubun və ya azarkeşlərin böyüklüyünü bilmirdim. Amma klub və azarkeşlər mənə nə qədər xüsusi olduqlarını günü-gündən göstərdi. Əbədi minnətdaram, uğurlar arzulayıram".
29 yaşlı futbolçu karyerası ərzində “Videoton”, “El Exido”, “Vilyarreal”, “Xetafe”, “Löven” klublarında oynayıb.
Mirbağırağa