“Sabah” növbəti transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.
Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl, karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.
Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.
Vinger ötən mövsüm 28 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi