"Sabah" yeni mövsümün transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinə Rusiyanın "Soçi" klubu ilə müqaviləsi başa çatan Joazinyo təklif olunub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. "Sabah"ın baş məşqçisi Murad Musayev braziliyalı vingerin yaşı çox olduğu üçün bu transferdən imtina edib.
Qeyd edək ki, Joazinyo "Soçi"yə 2020-ci ilin yayında Moskva "Dinamo"sundan keçmişdi. 34 yaşlı ön xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi