"Krasnodar"ın futbolçusu Maqomed-Şapi Süleymanov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı vingerin xidmətində "Sabah" maraqlıdır. Bu barədə "Legalbet.ru" saytı məlumat yayıb. Masazır təmsilçisinin ön xətt oyunçusuna 250-300 min dollar ödəməyə hazır olduğu bildirilir.
Maqomed-Şapi Süleymanov "Krasnodar"ın yetirməsidir. Rusiya U-21 millisinin üzvü son mövsümü icarə əsasında "Hapoel"də (Beer-Şeva) keçirib. O, İsrail təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi