"Sabah" özünə rəqib tapdı

17:16 - 1 İyul 2023

Növbəti mövsümə hazırlıqları davam etdirən "Sabah" yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Qəbələ" ilə qarşılaşacaq. 

Bu barədə məlumatı "Sabah"ın mətbuat xidməti yayıb.

Görüş iyulun 3-də, saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti