Premyer Liqaya yüksələn komanda "Sabah"ın futbolçusunu istəyir

16:21 - 4 İyul 2023

Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Muxtar Respublika təmsilçisi "Sabah"ın müdafiəçisi Abdulla Rzayevin xidmətində maraqlıdır. "Araz Naxçıvan" Azərbaycanın U-21 millisinin üzvünü bir mövsümlük icarəyə götürmək istəyir.

Qeyd edək ki, Abdulla Rzayev "Sabah"ın yetirməsidir. 21 yaşlı sağ cinah müdafiəçisi son mövsümün ikinci yarısını icarə əsasında "Kəpəz"də keçirib.

Xəbər xətti