"Sabah" braziliyalı futbolçu ilə müqavilə imzaladı

19:52 - 6 İyul 2023

"Sabah" yarımmüdafiəçi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Da Silva 2022-ci ilin fevral ayından "Sabah"ın üzvüdür. O, komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.

Xəbər xətti