Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) Kematen stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi