"Sabah" növbəti transferini reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi Lüksemburq millisinin futbolçusu Vensan Tilli heyətinə qatıb.
23 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Till karyerası ərzində "Proqress Niderekorn", "Metz", "Pau", "Orlean", "Nasional", "Örebro", AİK və "Vorskla" klublarında oynayıb.
saytlarin hazirlanmasi