Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşacaq.
Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, "Sabah" Avstriyada keçirdiyi ilk yoxlama matçında Qətərin "Əl SƏdd" klubunu 3:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi