"Sabah" "Olimpiakos"la heç-heçə etdi

15:53 - 19 İyul 2023

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün sonuncu yoxlama matçını keçirib.

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Azərbaycan klubunun heyətində Davit Volkov fərqlənib.

Qeyd edək ki, "Sabah" bundan əvvəl keçirdiyi hazırlıq oyunlarında Qətərin "Əl Sədd" klubunu 3:1 hesabı ilə məğlub edib, Almaniya təmsilçisi "Sankt-Pauli"yə isə 1:4 hesabı ilə məğlub olub.

Xəbər xətti