2023/2024 mövsümünün hazırlıqlarını Avstriyada həyata keçirən "Sabah" toplanışı başa vurub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi artıq Bakıya qayıdıb. Murad Musayevin rəhbərlik etdiyi kollektiv Konfrans Liqasının hazırlıqlarını Bakıda davam etdirəcək.
"Sabah" Avstriyada Qətərin "Əl Sədd" klubuna 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın "Sankt-Pauli" klubuna 1:4 hesabı ilə məğlub olub, Yunanıstan "Olimpiakos"u ilə isə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, "Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində Latviyanın RFS klubu ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyunu iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi