"Sabah" Latviyada RFŞ komandasına qarşı keçirəcəyi Konfrans Liqası II təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılmasını istəyir.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi məsələ ilə bağlı UEFA-ya müraciət edib. Bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko yerli mətbuata açıqlamasında məlumat verib:
“Biz UEFA rəhbərliyi ilə fəal əlaqə saxlayırıq. Əlbəttə matçın yerinin dəyişdirilməməsini təmin etməyə çalışırıq. Yaranmış vəziyyət heç bir halda RFŞ klubunun məsuliyyəti deyil. Mənim şəxsi fikrim budur ki, RFŞ ev oyununu başqa yerdə keçirməməlidir. UEFA bunu necə qiymətləndirəcək, proqnoz verə bilmərəm. Top hazırda onların əlindədir. Vəziyyət belədir ki, Latviya qanunlarına görə, müvafiq Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəyə girişi qadağandır".
Qeyd edək ki, "Sabah"ın baş məşqçisi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.
saytlarin hazirlanmasi